Xorvatiya mətbuatı Mahirdən yazdı: “Yüksək təzminat ödəniləcək qədər dəyərli deyil”

Xorvatiya mətbuatı Mahirdən yazdı: “Yüksək təzminat ödəniləcək qədər dəyərli deyil”

Xorvatiya mətbuatı Mahirdən yazdı: “Yüksək təzminat ödəniləcək qədər dəyərli deyil”

Zaqreb “Dinamo”su “Legiya”nın hücumçusu Mahir Emrelinin transferinə pul xərcləməyəcək.

Polemika.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycan millisinin futbolçusu yalnız bir halda bu ölkəyə transfer edilə bilər.

Zaqreblilər əlavə hücumçu transferinə xərc çəkmək fikrində deyil. “Dinamo” Emrelinin “Legiya” ilə məsələsinə müdaxilə etməyəcək: “Dinamo” onu yalnız pulsuz gətirər. Ümumiyyətlə, komandanın yeni hücumçuya ehtiyacı yoxdur. Ancaq rəhbərlik Emrelinin azad agent kimi gəlməsinə qarşı deyil. Klub onu yaxşı hücumçu kimi qəbul edir. Ancaq onu da başa düşürlər ki, yüksək transfer təzminatı ödəniləcək qədər dəyərli oyunçu deyil”.

Xorvatiya KİV-i hətta 25 yaşlı forvardın “Legiya” ilə müqaviləyə xitam verilməsi istəyində gecikdiyini də əlavə edib:

“Azərbaycanlı futbolçu Varşavada hücuma məruz qaldığı üçün müqaviləyə xitam verilməsini tələb etdi. Ancaq bu tələbdə çox gecikib. Azarkeşlərin hücumundan sonra bir neçə gün ərzində bunu etməli idi. Hazırda müqavilənin pozulma ehtimalı 50 faizdir”.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olsa da, futbolçu komandanın düşərgəsinə yollanmaqdan imtina edib. (apasport)

Xorvatiya mətbuatı Mahirdən yazdı: “Yüksək təzminat ödəniləcək qədər dəyərli deyil”