"Kayrat"ın "Qarabağ"dan qisas ala biləcəyini düşünmürəm"

"Kayrat"ın "Qarabağ"dan qisas ala biləcəyini düşünmürəm"

"Kayrat"ın "Qarabağ"dan qisas ala biləcəyini düşünmürəm"

“Kayrat”ın qələbə qazanmaq şansları var, amma “Qarabağ”ın daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, “Kayrat” son üç matçda qalib gəlsə, qrupdan vəsiqə qazanmaq imkanı hələ də var. Bunun mümkün olub-olmadığını görəcəyik. Bu ehtimal, əlbəttə ki, kiçikdir".

Polemika.az xəbər verir ki, bu sözləri "Kayrat"ın sabiq futbolçusu Çuma Anene Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun önvəsi prosports.kz saytına açıqlamasında deyib.

"Bu qarşıdurmada “Qarabağ”ın qalib gələcəyini düşünürəm. Görüş darıxdırıcı ola bilər, amma yekunda Azərbaycan komandası 1:0 hesablı qələbə qazanacaq.“Kayrat” hər şeyi ilə mübarizə aparmalıdır. Çünki bu matçda uduzsalar qrupdan çıxmaq şansları qalmayacaq. Düşünürəm ki, onlar risk etməli olacaqlar" - deyə o bildirib.

Ç.Anene “Qarabağ”ın demək olar ki, bütün maneələri dəf etdiyini vurğulayıb: "Lakin onlar avrokubokların növbəti mərhələsində iştirakı təmin etmək üçün “Kayrat”ı üstələmək istəyəcək. Mən qonaqların baş məşqçisi olsaydım, bütün güclü oyunçuları döyüşə atardım . Sonra lazım gələrsə, qalan iki görüşdə ehtiyat oyunçuları təcrübədən keçirərdim. Təəssüf ki, "Kayrat"ın qisas ala biləcəyini düşünmürəm".

 

 

"Kayrat"ın "Qarabağ"dan qisas ala biləcəyini düşünmürəm"