AFFA cərimələndi

AFFA cərimələndi

AFFA cərimələndi

FIFA-nın İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) cərimələyib.

Polemika.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.

2022-ci il dünya çempionatının seçmə oyunu zamanı Azərbaycan-Portuqaliya matçında təhlükəsizlik qaydalarının pozulması AFFA-nın cərimələnməsinə səbəb olub.

AFFA 5 000 İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən oyunun sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər./Modern.az

AFFA cərimələndi