"The Best" mükafatlandırmasının vaxtı açıqlandı

"The Best" mükafatlandırmasının vaxtı açıqlandı

"The Best" mükafatlandırmasının vaxtı açıqlandı

FIFA "The Best" mükafatının təltif mərasiminin vaxtı açıqlanıb.

Polemika.az xəbər verir ki, tədbir 17 yanvar 2022-ci ildə keçiriləcək.

Qeyd edək ki, "The Best" ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. "Ən yaxşı oyunçu", "Ən yaxşı baş məşqçi", "Ən yaxşı qapıçı", "Fair Play", "Ən yaxşı qol" üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və "İlin rəmzi komandası" müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.

"The Best" mükafatlandırmasının vaxtı açıqlandı