"Hörümçək" qalmaqalı: "Dünəndən hamı məndən "spayder"i soruşur" - Məsul redaktor

"Hörümçək" qalmaqalı: "Dünəndən hamı məndən "spayder"i soruşur" - Məsul redaktor

"Hörümçək" qalmaqalı: "Dünəndən hamı məndən "spayder"i soruşur" - Məsul redaktor

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözünün çıxarıldığı və “spayder” kəlməsi ilə əvəz olunduğu iddia edilir. Bu barədə “Facebook”da tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.

Mövzu ilə bağlı Polemika.az-a danışan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli bunun doğru olmadığını deyib.

O, “hörümçək” sözünün yanlışlıqla lüğətə daxil edilmədiyini vurğulayıb:

““Hörümçək” sözü lüğətdən çıxarılmayıb, sadəcə diqqətsizlikidən lüğətə daxil edilməyib. “Spayder” sözünü “hörümçəy”in əvəzedici kimi kitaba daxil edilməsini düşünənlər yanılırlar. Bu, texniki termindir. Terminlərin içərisində belə sözlərtə tez-tez rast gəlinir, yəni bəzən məlum mənası məlum sözlər yeni termin kimi lüğətə daxil edilir.

Orfoqrafiya lüğətində"hörümçəyəbənzər", "hörümçəyəoxşar" sözləri var, “hörümçək” sözü yaddan çıxıb, kitaba daxil edilməyib. Dünəndən bəri müzakirələr gedir, hamıya da eyni sözü deyirəm. Sözdür də, adamın yadından çıxa bilər”.

İ.Məmmədli lüğətdə “göyqurşağı”sözünün yoxluğuna da münasibət bildirib:

“Göyqurşağı” sözü ola bilsin ki, ayrı yazılır, ona görə lüğətə daxil edilməyib. Adətən, bitişik yazılan sözlər lüğətə daxil edilir. Söz birləşmələri isə orfoqrafiya lüğətində verilmir”.

Əsmətxanım Rzazadə

"Hörümçək" qalmaqalı: "Dünəndən hamı məndən "spayder"i soruşur" - Məsul redaktor