"12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir" - Nazirlik rəsmisi

"12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir" - Nazirlik rəsmisi

"12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir" - Nazirlik rəsmisi

"Uşaqlara dair peyvəndin dozası və əks-göstəriş qaydaları böyüklərdəki kimidir".

Polemika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlar və COVID-19 " mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, uşaqlara koronavirus xəstəliyini anlaqlı dildə, həssas yanaşaraq, yaşlarına uyğun şəkildə izah edilməlidir.

Aynurə Zeynalova qeyd edib ki, ilk növbədə azyaşlılara gigiyena qaydaları izah edilməlidir:

“Əl yuma gigiyenası birinci növbədə öyrədilməli, 20 saniyədən az olmayaraq əlləri necə düzgün yumaq lazım olduğu izah olunmalıdır”.

Şöbə müdiri qeyd edib ki, piylənməsi, anadangəlmə ürək qüsurları, xroniki ağciyər xəstəlikləri, xroniki böyrək xəstəlikləri olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvəndləməsi məsləhətdir:

“Uşaqlarda peyvəndin əks-göstəriş qaydaları və dozası böyüklərdəki kimidir”.

"12 yaşdan yuxarı uşaqların peyvəndləməsi məsləhətdir" - Nazirlik rəsmisi