İrəvanda növbədənkənar iclas: "Ermənilər Şuşanı, Hadrutu, Kəlbəcəri geri almaq istəsələr..."

İrəvanda növbədənkənar iclas: "Ermənilər Şuşanı, Hadrutu, Kəlbəcəri geri almaq istəsələr..."

İrəvanda növbədənkənar iclas: "Ermənilər Şuşanı, Hadrutu, Kəlbəcəri geri almaq istəsələr..."

Ermənistan Milli Məclisinin deputatlarının təşəbbüsü ilə Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiyası ilə əlaqədar fevralın 23-də  növbədənkənar iclas çağırılacaq.

Qeyd edək ki, növbədənkənar iclas çağırmaq təşəbbüsü ilə müxalif “Hayastan” fraksiyası çıxış edib. Müxalifət partiyası Milli Məclisdə Şuşa Bəyannaməsinin ratifikasiyasını pisləyən sərsəm bir bəyanatla çıxış edəcəklərini qeyd edib. Buna səbəb isə sənədin Ermənistan və qondarma “Artsax”ın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən fikirlərin olmasıdır.

Polemika.az-a danışan siyasi şərhçi İlqar Vəlizadənin sözlərinə görə, bu bəyannamə regionda gedən prosesləri, eləcə də postmünaqişə dövründə yaranmış vəziyyəti geridönməz bir hala gətirib:

“Yəni Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə əməkdaşlığı, eləcə də müttəfiqliyi artıq Ermənistanda revanşist fikirlər ilə yaşayan inanlara heç bir imkanlar saxlamır. Əgər Ermənistan və yaxud Ermənistan cəmiyyətində hansısa dairələr bundan belə Şuşanın, Hadrutun, yaxud Kəlbəcər, Laçın və digər rayonların geri alınması ilə bağlı hansısa bir fikir söyləsələr, bu bəyannamə bilavasitə onun qarşısını alır.

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan vaxtilə “yeni müharibə, yeni ərazilər” konsepsiyasını açıqlamışdı. Onsuz da bu fikirlərin heç bir əhəmiyyəti yox idi, bundan sonra isə nəzəri əhəmiyyəti belə yoxdur. Ona görə də, ermənilər özlərindən çıxır, çünki bəzi aparıcı qüvvələrin ideologiyası məhz Azərbaycan və Türkiyə torpaqlarının ələ keçirilməsi üzərində qurulmuşdu. Şuşa Bəyannaməsi ilə də bütün bunlara xətt çəkilib”.

Siyasi şərhçi vurğulayıb ki, bu bəyannamə Ermənistanı ərazi iddialarına sövq edən dövlətlər üçün də mesajdır:

“Ermənilər Rusiya, Fransa, Yunanıstanın bölgədəki axmaq ideyalarının reallaşdırılmasına çalışırdılar. Bu bəyannamə isə həmin ölkələrin Ermənistanın işlərinə qarışması ehtimallarını minimuma endirir. Əgər onlar bu addımı atsalar, bəzi cəhdlər həyata keçirmək istəsələr, böyük təhdidlə qarşılacaqlar. Vəziyyət dəyişib, artıq 1990-cı illər deyil və Ermənistan cəmiyyəti başa düşür ki, reallıq fərqlidir”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

İrəvanda növbədənkənar iclas: "Ermənilər Şuşanı, Hadrutu, Kəlbəcəri geri almaq istəsələr..."