Lavrov iranlı həmkarı ilə telefonla danışdı

Lavrov iranlı həmkarı ilə telefonla danışdı

Lavrov iranlı həmkarı ilə telefonla danışdı

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir-Abdollahian arasında telefon danışığı olub.

Polemika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. 

Bildirilir ki, əsas diqqət İranın nüvə proqramı üzrə "Birgə Hərtərəfli Fəaliyyət Planı" (JCPOA) və Vyanada müvafiq danışıqların bərpası perspektivləri olub.

Həmçinin, hər iki XİN başçıları ikitərəfli və regional gündəmlərinin bir sıra aktual məsələlərini, o cümlədən Əfqanıstanda və onun ətrafında vəziyyət, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər./Modern.az

Lavrov iranlı həmkarı ilə telefonla danışdı