"İrana təzyiq artmalıdır" - Baş nazir

"İrana təzyiq artmalıdır" - Baş nazir

"İrana təzyiq artmalıdır" - Baş nazir

"Danışıqlar aparan ölkələr Tehrana qarşı daha sərt mövqe tutmalıdır".

Polemika.az "Jerusalem Post"a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet bildirib.

O, ölkəsinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dair "yaxşı" razılaşmanı dəstəkləməyə hazır olduğunu bildirib.

"Biz münaqişə axtarmırıq. Əvvəl-axırbu, yaxşı bir sövdələşmə ola bilər. Lakin hazırda mövcud dinamika buna imkan yaradırmı? Yox, çünki burada daha güclü mövqe olmalıdır. İranın mövqeyi çox zəidfir, lakin dünya birliyi özünü elə aparır ki, sanki Tehranın güclü kartları var", - deyə baş nazir qeyd edib.

Xatırladaq ki, dekabrın 27-də Vyanada İranla nüvə sazişinin bərpası üzrə danışıqların səkkizinci raundu başlayıb.

"İrana təzyiq artmalıdır" - Baş nazir