Sabahın hava proqnozu: İsti, bəzi yerlərdə yağış...

Sabahın hava proqnozu: İsti, bəzi yerlərdə yağış...

Sabahın hava proqnozu: İsti, bəzi yerlərdə yağış...

Milli Hidrometeorologiya Xidməti dekabrın 29-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Polemika.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman, cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,

bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Sabahın hava proqnozu: İsti, bəzi yerlərdə yağış...