İran XİN: "Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik"

İran XİN: "Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik"

İran XİN: "Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik"

“Son üç onillikdə biz həmişə Azərbaycan Respublikası ərazisinin işğalına qarşı olmuşuq".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xtibzadə bildirib.

Bu gün keçirdiyi brifinqdə XİN-in mətbuat katibi İranın Azərbaycan Respublikası ilə münasibətlərinə toxunub:

“Son üç onillikdə biz həmişə Azərbaycan Respublikası ərazisinin işğalına qarşı olmuşuq və bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını vurğulamışıq. Rəsmi Bakını işğal olunmuş torpaqların azad edilməsi münasibətilə təbrik edirəm. Bu vəziyyətdə bəzi anlaşılmazlıqların aradan qaldırılması vacibdir və iki ölkənin iradəsi problemləri həll etmək və əlaqələri gücləndirməkdir. Ümid edirik ki, bu münasibətlər daha da inkişaf edəcək və mediada yaranmış anlaşılmazlıqlar aradan qalxacaq".

İran XİN: "Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik"