Türkiyəli general Ermənistana xəbərdarlıq etdi: "Hər kəs bilməlidir ki..."

Türkiyəli general Ermənistana xəbərdarlıq etdi:

Türkiyəli general Ermənistana xəbərdarlıq etdi: "Hər kəs bilməlidir ki..."

“Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu qələbə sırf 44 günlük mübarizə ilə deyil, 30 illik israrın, inamın və əzmkarlığın nəticəsində əldə olunub”.

Polemika.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri, orgeneral Hulusi Akar 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu, təkcə Ermənistana qarşı qazanılan qələbə də deyil: “Bu qələbə həm də uzun illərin haqsızlığına, qanunsuzluğuna göz yumanlara, illərdir səssiz qalanlara da ən gözəl cavab oldu. Həmişə olduğu kimi, sevincinizi sevincimiz, kədərinizi kədərimiz kimi bildiyimiz əziz qardaşlarımız bu haqlı mübarizənizdə yenə də sizlərlə birlikdə olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq.

Biz Alpaslanın, Nizami-Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verənlər Azərbaycanla Türkiyə arasında bir sıra maneələr qoysa da, dini, dili, milliyyəti bir olan, tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki ölkə xalqının qəlblərinə heç vaxt qıfıl vurmayıb və vurmayacaq”.

"Cənab Prezident İlham Əliyev və möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar" - deyə, Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Biz Ermənistan hakimiyyətinin mövcud siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim "altılıq" formatında əməkdaşlıq təklifimizdən istifadə etmələrini gözləyirik. Hər kəs bilməlidir ki, gələcək kin və nifrət üzərində qurula bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”, - H.Akar bildirib. (report) 

Türkiyəli general Ermənistana xəbərdarlıq etdi: "Hər kəs bilməlidir ki..."