Koronavirus xəstəsi metroda saxlanıldı

Koronavirus xəstəsi metroda saxlanıldı

Koronavirus xəstəsi metroda saxlanıldı

Bakı Metropoliteninin "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub. 

Bu barədə Polemika.az-a Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən saxlanılan 1981-ci il təvəllüdlü Rövşən Abdulovun saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir. 

Koronavirus xəstəsi metroda saxlanıldı