Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı

Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı

Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı

Türkiyəli aktrisa Berna Laçın sosial şəbəkə hesabında qiymət artımına etiraz etdiyi üçün polisə çağrılıb.

Polemika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Ötən gün o, “İnstagram”da gilasın qiymətinin artmasına etiraz etmişdi:

"Gilasın qiyməti 60-la 80 lirə arasıdır. Bu sadəcə gilasdır. Uşaqkən sırğa kimi qulağımıza taxıb oynayardıq, indi isə gilasın dadını bilmədən böyüyən uşaqların ölkəsi olduq".

Berna Laçın bu sözlərinə görə ifadə verdiyini, ardında sərbəst buraxıldığını yazıb:

"Məni yenə ifadə verməyə çağırdılar. Gilas bahalıdır dedim deyə. Gilas inciməyib, sizə nə olub? Orxan Vəli demişkən, pulsuz yaşayırıq, pulsuz".

 

Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı