İran bayrağı Azərbaycan ərazisinə düşdü

İran bayrağı Azərbaycan ərazisinə düşdü

İran bayrağı Azərbaycan ərazisinə düşdü

Güclü külək nəticəsində  Azərbaycan ərazisinə düşən İran bayrağı qaytarılıb.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi aşkarlan­ıb.

İslam Respublikasının dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

Fevralın 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

İran bayrağı Azərbaycan ərazisinə düşdü