Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb

Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb

Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb

Pekin-2022 Qış Olimpiya Oyunları start götürüb.

Polemika.az xəbər verir ki, açılış mərasimi fevralın 4-də baş tutacaq yarışda bəzi iştirakçılar mübarizəyə bu gündən başlayıb.

Kirşə idmanında kişilərin fərdi yarışında mübarizə aparan idmançılar birinci test yürüşünə çıxıblar. Məşq xarakteri daşıyan kirşəçilər üçün bu çıxış yarış öncəsi rəsmi sınaqdır.

Bu gün kerlinqdə mübarizə aparan qarışıq cütlər qrup mərhələsində ilk turun görüşlərinə çıxacaq.

Daha 4 qarşılaşmada İsveç Böyük Britaniya, Avstraliya ABŞ, Norveç Çexiya, Çin İsveçrəni sınağa çəkəcək.

Sabah hokkey, dağ xizəyi, tramplindən xizəklə tullanma, fristaylda da yarış və ya rəsmi məşqlər baş tutacaq.

Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb