Ermənistanda COVID-dən rekord sayda ölüm

Ermənistanda COVID-dən rekord sayda ölüm

Ermənistanda COVID-dən rekord sayda ölüm

Ermənistanda son sutkada koronavirusa 1232 yeni yoluxma faktı qeydə alınıb. 

Polemika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumən Ermənistanda 310.629 nəfər koronavirusa yoluxub.

Hazırda 30.551 nəfər müalicə olunur, 272.332 nəfər sağalıb, son gündə 62 nəfər olmaqla 6.441 nəfər vəfat edib.

Daha 6 koronaviruslu digər xəstəliklər ucbatından ölüb. 

Belə halların ümumi sayı 1305-dir. 

Beləliklə, ölənlərin ümumi sayı 7746-ya çatıb. 

Pandemiyanın başlanğıcından bəri Ermənistanda koronavirusdan rekord ölüm göstəricisi qeydə alınıb.

 

Ermənistanda COVID-dən rekord sayda ölüm