İlqar Məmmədov hakimiyyətlə anlaşıb? - "Öz namizədimiz olacaq"

İlqar Məmmədov hakimiyyətlə anlaşıb?

İlqar Məmmədov hakimiyyətlə anlaşıb? - "Öz namizədimiz olacaq"

“ReAl partiyası yarandığı dövrdən bu günə qədər istənilən səviyyədə seçkilərin iştirakına tərəfdar kimi çıxış edib”.

Bunu Polemika.az-a Respublikaçı Alternativ Partiyasının üzvü Natiq Cəfərli bildirib.

Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədovla görüşü baş tutub. Görüşdə təkrar parlament seçkiləri müzakirə mövzusu olub. ReAl sədrinin prezident administrasiyasında olması müxtəlif mülahizələr ortaya çıxarıb.Bəzi müşahidəçilər bu görüşü seçki prosesinə hazırlıq kimi qiymətləndirirlər.

Natiq Cəfərli təmsil etdiyi partiyanın istənilən seçki prosesinə qatılacağını vurğulayıb.

“Təbii ki, ölkədə hansısa seçki prosesi baş verəcəksə, məsələn, referendum, təkrar seçki, parlamentin yenilənməsi, - fərq etməz ReAL istənilən seçki prosesində iştirak edəcək. İlk gündən bunu bəyan etmişik. Boş qalan yerlərlə bağlı seçki kampaniyası başlanacaqsa, partiyamız həmin boş qalmış dairələrdə güclü namizəd çıxarmağa çalışacaq”.

Natiq Cəfərli opponentlərin onlar haqqında səsləndirdiyi iddialara da aydınlıq gətirib:

“Bu məsələlərə artıq çoxdandır fikir vermirik. Haqqımızda düzgün düşüncədə olmayan insanların həyat tərzi, siyasi kariyerası höhumətlə, hakimiyyətlə anlaşıb nəyəsə nail olmaq üzərində qurulub. Onların siyasi kariyerası bu cür qurulduğu üçün düşünürlər ki, hər kəs onlar kimi davranır. Bu cür hallara təpki verməyə lüzum görmürəm”.

Mehri QURBAN

İlqar Məmmədov hakimiyyətlə anlaşıb? - "Öz namizədimiz olacaq"