KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq üçün hazırlıqlara başladı

KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq üçün hazırlıqlara başladı

KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq üçün hazırlıqlara başladı

KTMT ölkələrinin sülhməramlıları öz qoşunlarını Qazaxıstandan çıxarmaq üçün hazırlıqlara başlayıblar.

Yenisabaha.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmiş KTMT-nin Qazaxıstan Respublikasındakı kollektiv sülhməramlı qüvvələrinin bölmələri Rusiya Aerokosmik Qüvvələrinin Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələrinə yükləmək üçün texnika və materialları hazırlamağa və daimi dislokasiya məntəqələri geri qayıtmağa başlayır, - deyə nazirlikdən bildiriblər. - KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq”.

KTMT sülhməramlıları ölkənin əsas obyektlərinin mühafizəsini Qazaxıstanın təhlükəsizlik qüvvələrinə təhvil verir.

Daha əvvəl məlumat verilmişdi ki, noyabrın 13-də KTMT-nin Hərbi İdarə Rəisləri Şurasının videokonfrans rejimində növbədənkənar iclası keçiriləcək. İclasda sülhməramlıların Qazaxıstandan çıxarılması proseduru təsdiqlənəcək.

 

KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq üçün hazırlıqlara başladı