ilk xəncəri o, vurdu..."

ilk xəncəri o, vurdu..."

ilk xəncəri o, vurdu..."

“İllərdir getdiyim yollarda kimlərlə qarşılaşdım, kimləri tanıdım, kimlərdən zərbə aldım... Kimə dost dedim, ilk xəncəri o vurdu..."

Polemika.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

Hava limanından görüntülərini paylaşan aparıcı kariyerasında aldığı zərbələrdən danışıb:

“26 illik bir yol hekayəm var. İllərdir getdiyim yollarda kimlərlə qarşılaşdım, kimləri tanıdım, kimlərdən zərbə aldım... Kimə dost dedim, ilk xəncəri o vurdu... Kiminin göz yaşına inandım, ilk aldadan o oldu. Bu yollarda aldığım yaralarla addımladım, yıxıldım, qalxdım, amma sonda yenə ayaqda durmağı bacardım. Mən o yaralarla addımlayanda heç bir xəyalımdan əl çəkmədim. Xəyallarınızdan əl çəkməyin, yolunuza daşlar da atılacaq, dost simalı düşmənlər də çıxacaq. Onlara fikir vermədən addımlayın".

 

ilk xəncəri o, vurdu..."