"Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın..."

"Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın..."

"Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın..."

Aktyor Kamran Ağabalayev bir neçə gün öncə dünyasını dəyişən həmkarı - Əməkdar artist Nopvruz Qartal barədə danışıb.

Polemika.az xəbər verir ki, o, həmkarının nəşinin qızının evindən çıxmasına münasibət bildirib:

"Novruz Qartalın nəşi özü kirayədə qaldığı evdən yox, qızının kirayədə qaldığı evdən çıxıb. Səbəb? Ev yiyəsi evində meyit istəməyib. Anladıq. Siz mənə başqa şeyi başa salın, kimə və necə yaltaqlanmaq lazımdır ki, aktyoru adam yerinə sayan olsun... Meyiti öz evindən çıxsın, marketə borcu olmasın, həftədə bir dəfə müşahidə üçün restoranda otura bilsin. Kimlərə yaltaqlanmaq lazımdır?".

Qeyd edək ki, Novruz Qartal xərçəngdən əziyyət çəkirdi. Aktyor yanvarın 8-də dünyasını dəyişib.

"Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın..."