Nazilə Səfərlidən ziddiyyətli açıqlama: "Sərfəli təklif olsa, edərəm!”

Nazilə Səfərlidən ziddiyyətli açıqlama: "Sərfəli təklif olsa, edərəm!”

Nazilə Səfərlidən ziddiyyətli açıqlama: "Sərfəli təklif olsa, edərəm!”

Aptekləri, gözəllik salonları, parfümeriya mağazalarını son illər bir məhsul "bəzəməyə" başlayıb. Bu iştahbağlayan, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Bəzi məşhurlar arıqlmaqlarını məhz bu dərmanlarla əlaqələndirir, izləyicilərinə həmin dərmanı tövsiyə edirlər.

Bu isə birmənalı qarşılanmır, bəziləri bu tip mənşəyi naməlum dərmanların böyük kütləyə tövsiyə edilməsinin qəti əleyhinədirlər. Buna baxmayaraq, bu tip reklamlar sosial şəbəkələrdə yayılmaqda davam edir.

Mövzu ilə bağlı Polemika.az-a danışan şairə, teleaparıcı Nazilə Səfərli ümumiyyətlə, sosial şəbəkə hesabında dərman reklam etmədiyini, lakin yaxşı pul müqabilində bunu edə biləcəyini deyib:

“Mən, ümumiyyətlə, dərman reklam etmirəm. Dərman reklam təklifi gələndə də qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib, demişəm ki, tərkibini oxuyun. Oxunandan sonra reklama razılaşmamışam. Dərmanla arıqlamaq mənə çatmır. Bu tip dərmanları heç efirdə də reklam etməmişəm. 

ARB-də çalışanda həmin reklamları qəbul etmirdim. Bir dəfə təklif gəldi, bildim ki, efirdə həmin dərmanı reklam eləməyə utanacam, ona görə qəbul etmədim. Mənə, adətən, təmizlik şirkətləri, cehiz və ətriyyatla bağlı reklam təklifləri gəlir. Bir-iki kərə də səyahət reklamları gəlib. 

Əczaçılıq şirkəti sərfəli məbləğdə reklam təklif edərsə, yəqin ki, razılaşaram. Niyə də etməyim?!”

Əsmətxanım

Nazilə Səfərlidən ziddiyyətli açıqlama: "Sərfəli təklif olsa, edərəm!”