Şəhid ailələrinin və qazilərin maddi durumu yaxşılaşacaq - İqtisadçıdan vacib açıqlama

Şəhid ailələrinin və qazilərin maddi durumu yaxşılaşacaq

Şəhid ailələrinin və qazilərin maddi durumu yaxşılaşacaq - İqtisadçıdan vacib açıqlama

Azərbaycan Respublikası Milli Məclisinin ötən həftənin cümə günü keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarınaolan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib. 

Maraqlıdır, bu dəyişikliklər şəhid və qazi ailələrinin maddi vəziyyətini yaxşılaşdıracaqmı?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, istənilən güzəştlər maddi vəziyyətin yaxşılaşdırılması üçün əsaslar yaradır.

“Son qəbul edilmiş dəyişikliklərə əsasən, vətən müharibəsi iştirakçılarının, qazilər və şəhid ailələrinin müxtəlif vergi güzəştləri ilə təmin edilməsi üçün  hüquqi baza yaradılır. Bundan sonrakı mərhələdə bu hüquqi bazaya və vergi güzəştlərinin hesablama qaydalarına görə dəyişikliklər olacaq. Bu qanundan irəli gələn tapşırıqlara əsasən bununla bağlı Nazirlər Kabinetinin müəyyən yeni qərarları olacaq. Çünki Nazirlər Kabinetinin addım atması üçün hüquqi baza yaradılmalı idi. Güman edilir ki, yanvar ayına qədər dəyişiklikdən irəli gələn müddəalar Nazirlər Kabinetinin qərarları ilə tənzimlənəcək. Və müəyyən güzəştlərin əldə olunması imkanları var. Bununla həm də banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsi ilə bağlı da həmin bankların özlərinə də müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Kreditlərin silinməsi və yaxud da faizlərin dayandırılması zamanı kommersiya müəssisələrinin müəyyən maddi itkiləri olacaq. Həmin itkiləri kompensasiya etmək üçün vergi güzəştləri olacaq. Onların dövlətə ödədiyi vergilərdə müəyyən güzəştlər nəzərdə tutulacaq ki, sildikləri vəsaiti vergi borcundan çıxa bilsinlər. Qanun bunu artıq tənzimləyir. Sadəcə, bunun yerinə yetirilməsi qaydası yeni ilə qədər təsdiqlənməli və elan edilməlidir”.

Ayzel

Şəhid ailələrinin və qazilərin maddi durumu yaxşılaşacaq - İqtisadçıdan vacib açıqlama