"İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı" - Şok video

"İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı"

"İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı" - Şok video

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı şok fakt açıqlayıb.

Polemika.az xəbər verir ki, Elgiz mərhum müğənninin restoranda inanılmaz hərəkət etdiyini deyib. Qeyd edib ki, İlhamə Quliyeva hesabı ödəməmək üçün məkanı şərləyib:

"Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa. Çox pis oldum. Axı insanlar qulluq edib. Yanımızda oturan da elə bil öyrənmişdi. Başladı qaytarmağa. İlhamə xanım təcili yardıma zəng vurdu ki, filan restorana gəlin, burada insan ölür. Başladı qışqırmağa ki, bu nə yeməkdi. Qəfildən qapı açıldı, məkanın əməkdaşı girdi içəri ki, filankəs bildi burdasınız, bütün hesabı ödəyib. İlhamə Quliyeva qayıtdı ki, zəng edin təcili yardım gəlməsin. Yenidən yeməyə davam etdi". 

"İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı" - Şok video