"İlk dəfə səhnəyə şlyapa, kovboy kurtka və gitara ilə atam çıxıb"

"İlk dəfə səhnəyə şlyapa, kovboy kurtka və gitara ilə atam çıxıb"

"İlk dəfə səhnəyə şlyapa, kovboy kurtka və gitara ilə atam çıxıb"

"Bildiyiniz kimi Yalçın Rzazadə böyük sənətkar olub. Onun tarixdə qalacaq çox geyimləri, plastinkaları olub. On görə də biz bunları itirə bilməzdik. Düşündük ki, Yalçın müəllimin ev muzeyini yaradıb, ona məxsus olan əşyaları burada toplayaq. Çünki Yalçın müəllimin hər geyimi, hər davranışı bir nümunə idi. Onun 8- 9- gitarası var. Bir gitarasını da sevilən sənətkar, Yaşar Nuri hədiyyə etmişdi. Yaşar Nuri ilə atam uşaqlıq dostu olublar. Onlar bir-birinə adla yox, məhəllə uşağı deyə səslənirdilər.

Polemika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə deyib. O daha sonra əlavə edib.

"Yalçın müəllim pullarının çoxunu geyimlərinə xərcləyib. O seçilməyi sevirdi. İlk dəfə səhnəyə şlyapa, kovboy kurtka və gitara ilə çıxan atam olub. O geyimlərinə böyük sevgi və məhəbbətlə yanaşırdı. Muzey yaradılsa atamın ruhu da şad olar, insanlar da gəlib muzeyi ziyarət edə bilərlər. Muzey atamın yaşadığı evdə fəaliyyət göstərəcək. Mənim 2 qardaşım var, baxmayaraq ki, atamın mahnılarını mən oxuyuram, varisi mənəm, qardaşlarım da bu işdə mənə böyük dəstək verir. Biz əl-ələ tutub bu muzeyi yaradacağıq. Yalçın müəllim zahirən uşaq kimi idi, hara gedirdisə özünə o ölkədən oyuncaq, maraqlı maketlər gətirirdi. O əşyalar da muzeydə nümayiş olunacaq" deyə sənətkarın oğlu bildirib. 

"İlk dəfə səhnəyə şlyapa, kovboy kurtka və gitara ilə atam çıxıb"