"Əcəb edib göstərirlər, başqalarına olar, müğənnilərə olmaz?!" - Video

"Əcəb edib göstərirlər, başqalarına olar, müğənnilərə olmaz?!"

"Əcəb edib göstərirlər, başqalarına olar, müğənnilərə olmaz?!" - Video

Bir müddət əvvəl prodüser, teleaparıcı Tarix Əliyevlə (Tolik) Əməkdar artist Cavanşir Məmmədov arasında yaşanan qalmaqal geniş müzakirə edildi. Tolikin KİV-in diqqətini müğənninin maşınlarına, mülklərinə yönəltməsi səssiz qarşılanmadı. Artıq bir neçə gündür yerli mətbuatda sənətçilərin əmlakı, varidatı müzakirə mövzusudur. Çoxları buna görə müğənniləri qınayır. Onların fikrincə, sənət adamları evlərinin qapılarını mətbuatın üzünə açdığı, maşınlarını, daşınmaz əmlaklarını hər fürsətdə reklam etdikləri üçün dilə-dişə düşüblər. 

Mövzu ilə bağlı Polemika.az-a danışan müğənni Nadir Qafarzadə sənətçilərin mülklərini göstərməsində problem görmədiyini deyib:

“Burada nə var ki? Olsun, göstərsinlər də. Niyə türk, rus ulduzları edəndə olar, amma bizimkilərə olmaz? Niyə həmişə bizimkilərə heç nə olmaz, amma hamıya hər şey olar? Niyə?! O gün Türkiyədə keçirilən müsabiqəyə baxıram, qatılanların hamısı əməlli-başlı lütdürlər. Şərh yazırlar ki, “Dəbdir də onlara yaraşır”, amma bizimkilər edəndə deyirlər ayıbdır, həmin dəqiqə müsəlmanlıq, mentalitet yada düşür. Mülklərini göstərirlər, əcəb edirlər, varıdır göstərir, yaxşı edir. Əziyyət çəkib qazanıb, indi də göstərir. Heç dəxli var?”

İfaçı hər mövzuda müğənnilərin qınaq obyektinə çevrilməsinə sərt reaksiya verib:

“Bəs “Tik-Tok”dakılara, “İnstagram”dakılara nə  deyək? Onlar ki, müğənni, tanınmış şəxs deyil. Onlar niyə göstərirlər? Ora-buralarını nümayiş etdirirlər. Sosial şəbəkələrə girmək olmur, ayıbdır, bəs görəsən, mentalitet onda niyə yada düşmür? Sosial şəbəkələrdəki biabırçılığı görəndə niyə mentalitet, namus, qeyrət yada düşmür? Niyə? Əcəb edir müğənni, qazanıb, göstərir. Bunu bütün dünyada göstərirlər. Dünya ulduzlarına olar, bizimkilərə yox? Bəlkə bizim dünya ölkələri arasında yerimiz yoxdur? Bizim düşmənimiz özümüzük, qıraqda düşmənimiz yoxdur. Məsələ var, ağacı qurd içindən yeyər. Bu yaxınlarda İzzət Bağırov efirdə bir cümlə işlətdi: “Kim evdə arvadı ilə dava edir, o dəqiqə müğənni günahkar çıxarılır”. Hər şeyin günahkarı sanki müğənnilərdir. Niyə, ay balam, müğənnilərdən nə istəyirsiniz?”

Əsmətxanım

"Əcəb edib göstərirlər, başqalarına olar, müğənnilərə olmaz?!" - Video