Bayden və Zelenski: Prezidentlər  nədən danışıb?

Bayden və Zelenski: Prezidentlər  nədən danışıb?

Bayden və Zelenski: Prezidentlər  nədən danışıb?

Vladimir Zelenski və Co Bayden Ukrayna-Rusiya sərhədindəki təhlükəsizlik vəziyyəti barədə danışıblar. ABŞ prezidenti bu söhbətə Kremlin rəhbəri Putinlə danışıqlarından sonra başlayıb.

“Polemika.az” xəbər verir ki, Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı cümə axşamı baş tutub və Zelenskinin ofisindən verilən məlumata görə, danışıq bir saat yarım davam edib. Amerika prezidenti ukraynalı həmkarına Kremlin rəhbəri Vladimir Putin və Avropa liderləri ilə danışıqlarının mahiyyəti barədə danışıb. Bu həftə beynəlxalq siyasətin əsas məsələsi Ukrayna sərhədlərində təhlükəsizlik vəziyyəti olaraq qalır.

ABŞ prezidenti Co Bayden özü və avropalı müttəfiqləri adından Rusiyanın mümkün işğalına güclü iqtisadi tədbirlərlə cavab verməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, Ukraynaya əlavə yardım - maliyyə və təhlükəsizliklə təmin olunması nəzərdə tutulur.

Tərəflər, Prezident Aparatının rəsmi bəyanatında deyildiyi kimi, bu istiqamətdə gələcək addımları razılaşdırıblar. Zelenski sülh prosesinin qarşısının alınması ilə bağlı təkliflərinin olduğunu və bunu müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Hər iki administrasiyanın - Kiyev və Vaşinqtonun rəsmi mesajlarında qeyd olunur ki, Ukrayna ilə bağlı heç bir qərar Ukraynanın iştirakı olmadan qəbul edilməyəcək.

 

Bayden və Zelenski: Prezidentlər  nədən danışıb?