Prezident sələfini əfv etdi

Prezident sələfini əfv etdi

Prezident sələfini əfv etdi

Cənubi Koreya prezidenti Mun Çje İn 2018-ci ildə korrupsiyaya görə 22 il azadlıqdan məhrum edilmiş sələfi Pak Kın Heni əfv edib.

Polemika.az "Yonhap"a (YNA) istinadla xəbər verir ki, Pakın əfv edilməsi qərarı onun səhhətinin pisləşməsi ilə bağlıdır. Xroniki çiyin və bel ağrıların agörə 69 yaşlı Pak bu il üç dəfə xəstəxanaya yerləşdirilib. 2019-cu ildə çiynindən əməliyyat olunub.

Cənubi Koreyada ilk qadın prezident seçilən Pak Kın He 2016-cı ildə hökumətin məxfi məlumatlarını yaymaqda ittiham olunduqdan sonra impiçment elan edilib. Pakın əməkdaşı Çoy Sun-sil rəhbərlik etdiyi fondlar və müəssisələr üçün milyonlarla ianə toplamaq üçün prezidentlə əlaqələrindən istifadə etməkdə ittiham olunub.

Pak 2018-ci ildə rüşvətxorluq, məcbur etmək və vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.

Prezident sələfini əfv etdi