Pakistanda qarşıdurma: 1 polis öldürüldü, 2 yaralı var

Pakistanda qarşıdurma: 1 polis öldürüldü, 2 yaralı var

Pakistanda qarşıdurma: 1 polis öldürüldü, 2 yaralı var

Pakistanın Şimali Vəziristan əyalətində təhlükəsizlik qüvvələrini hədəf alan hücumlarda artım müşahidə olunur.

Polemika.az "Daily Pakistan"a istinadla xəbər verir ki, rəyalətin Qulam Xan Sayeci bölgəsində polis nəzarət-buraxılış məntəqəsinə hücum zamanı bir polis ölüb, ikisi isə yaralanıb.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməsə də, yerli mənbələr onun arxasında "Tahrik-i-Taliban Pakistan" (TTP) qruplaşmasının ola biləcəyini bildirir.

Digər tərəfdən, bir neçə gün əvvəl Datta Xel bölgəsində Pakistan ordusu qüvvələri ilə silahlı qruplar arasında baş verən qarşıdurmada bir pakistanlı əsgər yaralanıb.

Pakistanda qarşıdurma: 1 polis öldürüldü, 2 yaralı var