“Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində boşluq var” – Vəkil

“Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində boşluq var” – Vəkil

“Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində boşluq var” – Vəkil

Hazırda ailədxaili zorakılıq faktları həm qadına, həm kişiyə qarşı olduğu zaman xəsarətlərəsasən tətbiq olunur”.

Bunu Polemika.az-a vəkil Babək Həmidov bildirib.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son açıqlanmasını şərh edib.

Xatırladaq ki, Komitə bu ilin 9 ayı ərzində zorakılıqa bağlı 255 müraciətin qeydə alıb. Müraciətçilərin yalnız 81-i kişidir.

“Nikahın pozulması ilə bağlı müraciət edən hər 5 ailədən 3-ü zorakılıqdan şikayətlənir. Söhbət həm fiziki, həm psixoloji, həm də iqtisadi zorakılıqdan gedir. Boşanma səbəbləri də çox vaxt zorakılıqdan qaynaqlanır. Hazırda ailədxaili zorakılıq faktları həm qadına, həm kişiyə qarşı olduğu zaman, əgər xəsarətlər varsa, cəza buna uyğun olaraq tətbiq olunur. Xəsarətin dərəcəsi müəyyən olunmadığı bir çox hallarda inzibati xəta “döymə” kimi tövsif olunur”, – deyə vəkil qeyd edib.

Babək Həmidov əlavə edib: “Cinayət məsuliyyətinə cəlb olunma xəsarətin dərəcəsindən asılıdır. Lakin bu, həmin situasiyanı tam əhatə etmir. Burada hüquqi boşluq var. Ailədaxili zorakılığa konkret və əhatəli formada yanaşılmalıdır. Həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq normalar olsa, hüquq bu məsələyə daha konkret həll yolu tapa bilər”.

Ayzel

“Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində boşluq var” – Vəkil