Bu məktəblərdə əyani dərslər bərpa olundu

Bu məktəblərdə əyani dərslər bərpa olundu

Bu məktəblərdə əyani dərslər bərpa olundu

Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Bakı Şəhəri Təhsil İdarəsindən Polemika.az-a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. 

Bu məktəblərdə əyani dərslər bərpa olundu