Gürcüstanda seçkilərin ilkin nəticələri məlum oldu

Gürcüstanda seçkilərin ilkin nəticələri məlum oldu

Gürcüstanda seçkilərin ilkin nəticələri məlum oldu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu” partiyasının yerli özünüidaretmə seçkilərinin ikinci tutunda bütün şəhər və bələdiyyələrdə qalib gəldiyini açıqlayıb.

Polemika.az xəbər verir ki, baş nazir “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll” nəticələri ilə tanış olduqdan sonra bu barədə danışıb. İ. Qaribaşvili paytaxt Tbilisidə qələbə münasibəti ilə Kaxa Kaladzeni təbrik edib.

“İmedi” telekanalının sifarişi əsasında “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll”un nəticələrinə əsasən hakim “Gürcü Arzusu”nun Tbilisi üzrə mer namizədi Kaxa Kaladze 57,2%, müxalif “Vahid Milli Hərəkat”ın namizədi Nika Melia isə 42,8% səs toplayıb. Digər böyük şəhərlərə gəlincə isə “exit-poll” nəticələrinə görə "Gürcü Arzusu" Batumidə 50,8%, Kutaisidə 51,9%, Rustavidə 53,8% səs çoxluğu ilə qalib gəlib./APA

Gürcüstanda seçkilərin ilkin nəticələri məlum oldu