Bu universitetdə 2 qrup distant təhsilə keçdi

Bu universitetdə 2 qrup distant təhsilə keçdi

Bu universitetdə 2 qrup distant təhsilə keçdi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 qrup distant təhsilə keçib.

Bu barədə Polemika.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Elnarə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təxminən 20-yə yaxın tələbədə yoluxma halı qeydə alınıb:

"Yoluxma halı baş verən tələbələrlə bağlı Epidemioloji mərkəzə məlumat göndərilir. 2 qrup 1 həftədir ki, onlayn təhsilə keçib". 

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi tədris sentyabrın 29-da başlayıb. Yaşı 18-dən yuxarı olan tələbələrdən universitet binasına daxil olarkən vaksin pasportu və ya immunitet sertifikatı tələb edilir.

Bu universitetdə 2 qrup distant təhsilə keçdi