Erməni deputatların ayağı Qarabağdan nə vaxt kəsiləcək? - "Bunun bir yolu var..."

Erməni deputatların ayağı Qarabağdan nə vaxt kəsiləcək?

Erməni deputatların ayağı Qarabağdan nə vaxt kəsiləcək? - "Bunun bir yolu var..."

Ermənistan parlamenti müxalif deputatlarının Qarabağa səfərləri intensiv xarakter alır. Azərbaycan ərazisinə bu qanunsuz səfərlər cəmiyyətimizdə ciddi narazılığa səbəb olur. Sual olunur: Rusiya sülhməramlıları iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olan bu səfərlərin qarşısını niyə almır? Ümumiyyətlə, erməni deputatların ayaqları Qarabağdan nə zaman kəsiləcək?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən deputat Elman Məmmədov bildirib ki, Azərbaycan dövlətinin sərhəddini Azərbaycan dövlətinin icazəsi olmadan heç kim keçməməlidir.

“Bunun üçün də Azərbaycanın bütün sərhədlərini Azərbaycan sərhədçisi qorumalıdır. O cümlədən, Laçın dəhlizində. Orada Azərbaycanın sərhəd-keçid məntəqəsi qurulmalıdır. Rusiya sülhməramlısı Azərbaycan sərhədçisi deyil. Onlara heç kim bu ixtiyarı və səlahiyyəti verməyib. Sadəcə gəldikləri gündən bu yana sülhməramlılıqdan daha çox “erməniməramlılıqla” məşğuldurlar. Vəzifələrinə aid olmayan fəaliyyətlə məşğuldurlar. 

Ermənistan deputatlarının, Ermənistan vətəndaşının, yaxud istənilən başqa bir ölkənin hər-hansı bir nümayəndəsinin o dəhlizdən Azərbaycan ərazisinə daxil olması və bu şəraiti onlara Rusiya sülhməramlılarının yaratması Azərbaycan qanunlarının pozulması, Azərbaycan qanunlarına hörmətsizlikdir. Bu, qəbul edilməz bir haldır.

Mən bir il öncə də demişəm, indi də deyirəm ki, Rusiya sülhməramlılarına 10 noyabr 2020-ci ildə qəbul edilmiş ikitərəfli razılaşmada hansı səlahiyyət verilibsə, onlar həmin işlə məşğul olmalıdırlar. Bəyanatda açıq-aydın yazılıb ki, Rusiya sülhməramlıları Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin edəcəklər. Orada yazılmayıb ki, onlar Laçın dəhlizi vasitəsilə xarici dövlətlərin nümayəndələrini və ya cinayətkarlarını Azərbaycanın icazəsi olmadan müşaiət edib gətirib-aparacaqlar. Bu halın qarşısını almağın bircə yolu var: Azərbaycan-Ermənistan dövlət sərhəddində Azərbaycan sərhədçisinin dayanması!”

Ayzel

Erməni deputatların ayağı Qarabağdan nə vaxt kəsiləcək? - "Bunun bir yolu var..."