“Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?!” - Mühüm açıqlama

“Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?!”

“Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?!” - Mühüm açıqlama

Ötən aydan Moskvada Ermənistan, Azərbaycan və Rusiya tərəfinin iştrakı ilə 3 tərəfli görüşün keçiriləcəyi haqqında məlumnatlar dolaşırdı. Noyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov görüşün keçiriləcəyini təsdiqləsə də, Baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına açıqlamasında noyabrın 9-da üçtərəfli görüş barədə razılaşmanın olmadığını dilə gətirib. Bununla bərabər, Paşinyan belə bir görüşün keçirilməsinə etiraz etmədiyini də vurğulayıb.

“Ermənistan tərəfinin nazı çox çəkməyəcək”.

Bunu Polemika.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli bildirib.

“Üçtərəfli görüşün növbəti həftə keçiriləcəyini gözləyirəm. Ermənistan tərəfinin naz etməsi, problemlərə qeyri-konstruktiv yanaşması uzun müddət davam edə bilməz.

Rusiya proseslərin bitməsində maraqlıdır. Xüsusilə, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması Rusiyanın strategiyasına xidmət edir.

Gələn həftə görüşün keçiriləcəyi ilə bağlı məlumatı Kreml yayıb, Ermənistan isə onu təkzib edib. Paşinyanın təkzibini həlledici saymıram. Əsas məsələ Moskvanın görüşü elan etməsidir. Moskvanın elan etdiyi vaxtı əsas götürmək lazımdır”, - deyə Qabil Hüseynli qeyd edib.

Mehri Qurban

“Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?!” - Mühüm açıqlama