"Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır" - Paşinyan

"Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır" - Paşinyan

"Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır" - Paşinyan

"Təəssüf ki, sərhəddə insidentlər davam edir, nəticədə hərbçilər ölür".

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Biz siyasətimizi elan etdik və dedim ki, prioritet müdafiə qabiliyyətimizi artırmaqdır. Amma, digər tərəfdən, bildirdim ki, elan etdiyimiz dinc inkişaf dövrünü açmaq üçün güclü əsəblər lazımdır”, - deyə Paşinyan qeyd edib.

O vurğulayıb ki, çoxları bunun mümkün olmadığını sübut etməyə çalışacaq:

“Biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmiz ətrafında sabit və təhlükəsiz atmosfer yaratmaq üçün hər şeyi etməliyik. Siyasi baxımdan bu, bizim əsas vəzifəmizdir”.

"Dinc inkişaf erasını açmaq üçün bizə güclü əsəblər lazımdır" - Paşinyan