"Rusiyanın Fars körfəzinə yolu Azərbaycandan keçir" - Eks-səfir

"Rusiyanın Fars körfəzinə yolu Azərbaycandan keçir"

"Rusiyanın Fars körfəzinə yolu Azərbaycandan keçir" - Eks-səfir

"Tehran və Moskva arasında strateji münasibətlərdə yeni fəslin başlanğıcındayıq".

Polemika.az "Cam-e Cəm"ə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün pakayin bildirib.

O, İran prezidenti İbrahim Rəsinin yaxın günlərdə Rusiyaya səfərinin perspektivlərini şərh edib.

"İqtisadi sektorda hər iki ölkənin Qərbin, xüsusilə də ABŞ-ın təzyiqçi sanksiyaları altında olduğunu nəzərə alsaq, onlar iqtisadiyyatı gücləndirməyə çalışırlar və iqtisadi dayanıqlılıqla əlaqədar olaraq, ticarət, ixrac-idxala xüsusi diqqət yetirirlər. Bu baxımdan lazımi imkanları asanlaşdıra bilər. Xüsusən, ticarət-əmtəə mübadiləsini gücləndirmək və artırmaq, o cümlədən tariflərin, gömrük rüsumlarının azaldılması və iki ölkənin özəl sektorlarına lazımi stimulların verilməsi sahələrində.

Növbəti sahə nəqliyyatdır. Nəqliyyat və tranzit ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır və İran Asiya ilə Avropa arasında körpü rolunu oynaması və xüsusi geosiyasi mövqeyi ilə qonşu dövlətlər üçün bu baxımdan çox önəmli ola bilər.

Rusiya Azərbaycandan keçməklə, Rəşt-Astara marşrutu ilə özünə Fars körfəzi və Oman dənizinin isti sularına yol aça bilər. Tehran və Moskva Xəzər dənizində gəmiçilik və dəniz tranzitindən istifadə sahəsində də yaxşı əməkdaşlıq edə bilərlər. Nəzərə alsaq ki, Rusiya və İran Xəzərdə iki mühüm ölkədir, onlar enerji, balıqçılıq, xüsusilə də ətraf mühitin mühafizəsi və Xəzər dənizinin təhlükəsizliyi sahəsində də əməkdaşlıq edə bilərlər".

"Rusiyanın Fars körfəzinə yolu Azərbaycandan keçir" - Eks-səfir