DİN xəbərdarlıq etdi: Yas mərasimlərinin keçirilməsi qadağandır!

DİN xəbərdarlıq etdi: Yas mərasimlərinin keçirilməsi qadağandır!

DİN xəbərdarlıq etdi: Yas mərasimlərinin keçirilməsi qadağandır!

Daxili İşlər Nazirliyi yas mərasimlərinin keçirilməsi ilə bağlı vətəndaşlara çağırış edib. 

Polemika.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

E. Hacıyev Operativ Qərargahın müvafiq qərarını vətəndaşların diqqətinə çatdırıb: 

"Koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq".

DİN xəbərdarlıq etdi: Yas mərasimlərinin keçirilməsi qadağandır!