Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Polemika.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil Bakı Olimpiya Stadionunun qarşısında yolu keçən 1978-ci il təvəllüdlü Əliyev Əli Əbülfəz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır./Report

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi