Şəmkir su anbarından 15 minlik avadanlıq oğurlandı

Şəmkir su anbarından 15 minlik avadanlıq oğurlandı

Şəmkir su anbarından 15 minlik avadanlıq oğurlandı

Oktyabrın 19-da Şəmkirçay su anbarının magistral kanallarının istismarı idarəsinə məxsus yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dayaq yastıqlarını (15.600 manat dəyərində) oğurlanıb. 

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri O.Hüseynov, V.Məmmədov, İ.Səfərov, E.Aslanov, V.Məhərrəmov və E.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Şəmkir su anbarından 15 minlik avadanlıq oğurlandı