Görün nələr oğurlayıb: Pul, bahalı eynəklər, qulaqcıq və kosmetik əşyalar...

Görün nələr oğurlayıb: Pul, bahalı eynəklər, qulaqcıq və kosmetik əşyalar...

Görün nələr oğurlayıb: Pul, bahalı eynəklər, qulaqcıq və kosmetik əşyalar...

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması  da müəyyən edilib.

Görün nələr oğurlayıb: Pul, bahalı eynəklər, qulaqcıq və kosmetik əşyalar...