Deputatlarımızın Paşinyanla görüşü: "Ermənistan Baş naziri başa düşür ki..."

Deputatlarımızın Paşinyanla görüşü: "Ermənistan Baş naziri başa düşür ki..."

Deputatlarımızın Paşinyanla görüşü: "Ermənistan Baş naziri başa düşür ki..."

Ötən gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.

Həmçinin, Paşinyan Azərbaycanla dəmiryolunun çəkilməsi, Birinci Qarabağ savaşında itkin düşənlərin qalıqlarını verilməsi məsələsində razılığın əldə edilməsi və s. barədə açıqlamalar verib.

Polemika.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Ermənistan artıq mövcud reallıqları qəbul etməyə başlayıb:

“AVRONEST-in təşkil etdiyi növbəti tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü, Paşinyanın açıqlamları, əlbəttə, çox müsbət siqnallardır. Düşünürəm ki, artıq Nikol Paşinyan yaxşı başa düşür ki, Azərbaycanla münasibətlərin normallaşmasından qeyri Ermənistanın çıxış yolu yoxdur.

Ermənistan yaxşı başa düşür ki, Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmayıb, eyni zamanda, Azərbaycan müharibə bitəndən sonra da diplomatik qələbə qazanmaqda davam edir". 

“Əlbəttə, ən vacib məqam sülh müqaviləsinin imzalanmasıdır. Amma buna Ermənistanın hansı dərəcədə hazır olduğu qeyri-müəyyəndir. Çünki hələ də Ermənistanda hakimiyyətindən bəzən sərsəm açıqlamalar gəlir. Son vaxtlar Ermənistanda revanş ritorikası ilə yaşayanlar bir az fəallaşıblar. Amma istənilən halda dünənki görüşdə Nikol Paşinyanın açıqlamalarını müsbət qiymətləndirmək olar”, - deyə millət vəkili yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Deputatlarımızın Paşinyanla görüşü: "Ermənistan Baş naziri başa düşür ki..."