“Putin ilk növbədə Ermənistan və Azərbaycandan Rusiya üçün güzəşt istəyir” – Zərdüşt Əlizadə

“Putin ilk növbədə Ermənistan və Azərbaycandan Rusiya üçün güzəşt istəyir”

“Putin ilk növbədə Ermənistan və Azərbaycandan Rusiya üçün güzəşt istəyir” – Zərdüşt Əlizadə

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən “Valday” Klubunun iclasında deyib: “Ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizama salmaqdır. Əlbəttə, Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz. Bəlkə də, iki tərəf və Rusiyadan başqa heç kimə ehtiyac yoxdur. Rusiya ordusunun Baş Qərargahında sovet dövründə ittifaq respublikalarının sərhədlərinin necə keçdiyini göstərən xəritələr var. Elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə uyğunlaşdırmaq, haradasa nəyisə mübadilə etmək”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, politoloq Zərdüşt Əlizadə bu mövzuda Polemika.az-a danışıb.

– Vladimir Putin öz çıxışında münaqişənin həlli prosesində iki tərəflə yanaşı, “Rusiyadan başqa heç kimə ehtiyac yoxdur” ifadəsini işlədib. Digər ölkələr deyəndə, sizcə, hansı ölkələri nəzərdə tutulur?

– Əsasən, Türkiyə, İran, ABŞ, Fransa, bir sözlə, hamını. Yəni yalnız Rusiyanın aparıcı rol olmalıdır.

– Bəs “kompromis” sözünün altında yatan məna yatır?

– Kompromislərdə Ermənistan və Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır. Güzəştlər Azərbaycan və Ermənistandan daha çox Rusiyanın siyasi maraqları çərçivəsində həll olunmalıdır.

-Son açıqlamadan sonra iki ölkə arasındakı hansısa irəliləyiş ola bilərmi? Vasitəçisiz, tet-a-tet danışıqlara keçid mümkündür?

-Azərbaycanla Ermənistan arasında hər iki halda xeyirli ola biləcək istənilən razılaşmanı, gərək mütləq ikitərəfli və vasitəsiz şəkildə həll edək. Hər hansı bir vasitəçi – ABŞ, Fransa və s. öz maraqlarını qorumağa çalışacaq. İllah da Rusiya. Rusiya bu münaqişəni başladıb, idarə edib və ondan öz mənfəətini götürüb. Əgər Azərbaycan və Ermənistan xalqlarının rəhbərləri istəyirlər ki, münaqaişəni iki ölkənin, iki xalqın mənafeyinə uyğun, güzəştli şəkildə həll etsinlər, onlar ikilikdə oturub danışmalıdırlar. Amma hazırki siyasi şərait buna imkan vermir. 

Rafi Müslümov

“Putin ilk növbədə Ermənistan və Azərbaycandan Rusiya üçün güzəşt istəyir” – Zərdüşt Əlizadə