Deputata 1 508 müraciət ünvanlanıb: "Hamının yanında olmağa çalışırıq"

Deputata 1 508 müraciət ünvanlanıb: "Hamının yanında olmağa çalışırıq"

Deputata 1 508 müraciət ünvanlanıb: "Hamının yanında olmağa çalışırıq"

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2021-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib.

Polemika.az-ın məlumatına görə, Ceyhun Məmmədov qeyd edib ki, hər bir seçicinin yanında olmağa, onların problemləri ilə yaxından maraqlanmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışıb.

Deputat həmçinin, ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirməyin, şəhid ailələri ilə sıx əlaqədə olmağın, gənclərin marifləndirilməsi yolunda təşkil edilən  tədbirlərə qatılmağın fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib.

O bildirib ki, hesabat dövründə ümumilikdə 137 yazılı, 526 şifahi, sosial şəbəkələr vasitəsilə isə 845 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Deputat bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib.

Deputata 1 508 müraciət ünvanlanıb: "Hamının yanında olmağa çalışırıq"