"Universitet elminə ümid bəslənilmir...” - Rektor

"Universitet elminə ümid bəslənilmir...”

"Universitet elminə ümid bəslənilmir...” - Rektor

“Elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi”​ “fəlsəfə doktoru” ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır”.

Polemika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, sovet dönəminin fərqli xüsusiyyətlərindən biri də ali təhsil sisteminin elmdən “ayrılması” idi. Elm əsasən Elmlər Akademiyasında​ və tabe olduqları nazirliklərin sahəvi institutlarında inkişaf edirdi: “Universitet elminə ümid bəslənilmir, inam göstərilmir və elmi fəaliyyətə ayrıca olaraq maliyyə vəsaiti ayrılmırdı. Bu gün də bu yanaşma tətbiq edilməkdə davam edir”. 

"Universitet elminə ümid bəslənilmir...” - Rektor