Samuxda gənc oğlan bıçaqlandı

Samuxda gənc oğlan bıçaqlandı

Samuxda gənc oğlan bıçaqlandı

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Polemika.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Sadıqov Xaliq Salam oğlu kütləvi dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyin nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır./Report

Samuxda gənc oğlan bıçaqlandı