Rəşid Mahmudov koronavirusun bitəcəyi tarixi açıqladı

Rəşid Mahmudov koronavirusun bitəcəyi tarixi açıqladı

Rəşid Mahmudov koronavirusun bitəcəyi tarixi açıqladı

Son günlər müəllim və şagirdlər arasında koronavirusa yoluxma halları artıb. Hər gün bir neçə sinfin, yaxud qrupun, hətta məktəbin bağlanması xəbərini eşidirik. Yoluxma sayının artması insanlar arasında narahatlıq yaradır. Xüsusən də valideynlər təşvişə düşürlər. Onların bir çoxu israrla qapanma tələb edirlər. Bununla bağlı müzakirələr demək olar ki, səngimək bilmir.

Maraqlıdır, məktəblər bağlana bilərmi? Əyani tədrisin davam etməsi şagird və müəllimlər üçün təhlükə vəd edirmi?

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Polemika.az-a açıqlamasında pandemiyanın bitəcəyi tarixlə bağlı proqnoz verib:

“Açıq deyirəm, məktəbləri, universitetləri bağlamaq daha olmaz. Artıq pandemiyanın 5-ci mərhələsindəyik. Pandemiya mart-aprel-may aylarında qurtarmalıdır. İngiltərənin kraliçası Yelizaveta bunun 5 mərhələsi olacağını, bu mərhələdən sonra bitəcəyini deyib”.

Həkimin sözlərinə görə, pandemiyadan qorxmaq lazım deyil:

“Bütün ölkələrin iqtisadiyyatı çöküb. Bunu hamı bilir. Öz vəziyyətimizi, cibimizin pulunu da, qədərini də bilirik. İşləmək lazımdır.

Bir qrupda biri xəstələnibsə, o qrupla 14 gün onlyn dərs keçilir. 14 gündən sonra müəllim yenə də dərsini davam etdirə bilir. Gənclər xəstəliyi ağır keçirməyəcək. Onların immuniteti yaşlı insanlara nisbətən daha güclüdür. Qorxmaq lazım deyil. Bir insan xəstələnib, kimlə təmasda olubsa, həmin şəxlər 4 gün müddətində karantinə alınır. Virus da 14 günə yayılır. Mənim fikrimcə bağlanmasa, daha yaxşı olar”.

R.Mahmudov qeyd edib ki, məktəblərin, univesitetlərin bağlanması milləti savadsızlığa aparır:

“Qapanma milləti savadsızlığa aparır. Çox pis yerə gedirik. 1 il yarım, 2 ildir ki, dərs keçilmir. Bu ölkə nədir? Savadsızlarmı ölkəsidir? Belə olmaz axı... Qorxmaq lazım deyil. Uşaqlar vaksin vurdursalar, xəstəliyi daha yüngül formada keçirəcəklər.

Mən həm həkim, həm də alim kimi deyərəm: universitetləri, orta məktəbləri bağlamaq olmaz. Bağlanmanı istəyənlər oxumağı istəməyənlərdir.

Onsuz da qrupda və ya sinifdə yoluxma olan kimi onlayn təhsilə keçilir. Ən yaxşı variant da məhz budur".

Nəzrin Vahid 

Rəşid Mahmudov koronavirusun bitəcəyi tarixi açıqladı