“Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki...” - Gizli detallar açıldı

“Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki...”

“Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki...” - Gizli detallar açıldı

Fransalı siyasi ekspert Naim Asas Makronun Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçirdiyi qapalı görüşün gizli detalları ilə bağlı açıqlama verib. 

Polemika.az Moderator.az-a istinadən xəbər verir ki, fransalı ekspert bildirib ki, həm Əliyevin, həm də Paşinyanın regiondakı bütün problemləri danışıqlar yolu ilə həll etmək üçün siyasi iradəsi var. 

"Fransa Prezidenti Makronun Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə keçirdiyi qapalı görüşü onların mövqelərini uzlaşdırmaq, keçmişdə, xüsusən də noyabrın 9-da və 11 yanvarda bağlanmış razılaşmaların müzakirə edilməsi və onlara hörmət edilməsi məqsədi daşıyırdı. 

Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki, onlar arasında etimad yaranıb amma müəyyən məqamlarda fikir ayrılıqları var", - deyə Naim Asas bildirib.

Ekspertin sözlərinə görə, bölgədə Azərbaycan və Ermənistan arasında humanitar problemlər, hərbi əsirlərin qaytarılması, dəmir yolu əlaqəsi, nəqliyyat, sərhəd məsələsi, sərhəddə gərginliyin azaldılması kimi hələ də həllini tapmayan çoxlu problemlər var.

"Görünən odur ki, həm Əliyevin, həm də Paşinyanın regiondakı bütün  problemləri danışıqlar yolu ilə həll etmək üçün siyasi iradəsi var və xarici güclər, xüsusən də Fransanın  bu proseslərdə diplomatik iştiraklarını Brüsseldəki qapalı görüşlə bir daha təsdiq etmiş oldu.

Görüşün qapalı şəkildə keçirilməsinə gəlincə isə fikrimcə Makron hər iki liderin heç bir təsir olmadan birbaşa olaraq fikirlərini öyrənmək üçün bu qapalı görüşü təşkil etdi və yekun nəticədən hiss olunur ki,  öz məqsədinə də müəyyən qədər nail oldu" - deyə fransalı ekspert şərh edib.

 

“Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki...” - Gizli detallar açıldı