Belaruslar, ruslar hər an xəyanət edə bilərlər - Ukraynalı deputat

Belaruslar, ruslar hər an xəyanət edə bilərlər

Belaruslar, ruslar hər an xəyanət edə bilərlər - Ukraynalı deputat

“Ukrayna nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında danışıqlar hələ başlamayıb”.

Polemika.az “Unian”a istinadla xəbər verir ki, bu barədə telemarafonda Ukraynanın xalq deputatı Yevgeniya Kravçuk (“Xalqın xidmətçisi” fraksiyası) məlumat verib.

"Hələ başlamayıblar. Biz David Araxamia ilə ("Xalqın xidmətçisi" fraksiyasının rəhbəri) əlaqə saxlayırıq, doğrudur, o, danışıqlar qrupundadır. Onlar indi Polşa helikopteri ilə uçurlar. Ona görə ki, bizim nümayəndə heyətimiz başa düşdü ki, belaruslar, ruslar hər an xəyanət edə bilərlər və heç kim birbaşa Polissyadan (Ukrayna Belarus sərhədi boyunca olan tarixi bir ərazi – red.) keçmir, ona görə də bizim nümayəndə heyətimiz Polşadan keçdi”.

Kravçukun sözlərinə görə, danışıqlar saat yarımdan sonra başlaya bilər. 

Belaruslar, ruslar hər an xəyanət edə bilərlər - Ukraynalı deputat