Bayraq və himnlə bağlı yeni qərar - Səidiyyədə dəyişiklik

Bayraq və himnlə bağlı yeni qərar - Səidiyyədə dəyişiklik

Bayraq və himnlə bağlı yeni qərar - Səidiyyədə dəyişiklik

Səudiyyə Ərəbistanı milli himni, qılıncla bəzədilmiş və İslam şüarı yazılmış yaşıl bayrağında bəzi dəyişikliklər edə bilər.

Polemika.az AP-yə istinadla xəbər verir ki, krallığın Məsləhət Şurası dəyişikliklərin lehinə səs verib. Şuranın qərarlarının mövcud qanunlar və ya strukturlarla heç bir əlaqəsi olmasa da, üzvləri kral tərəfindən təyin edildiyi və qərarları çox vaxt rəhbərliklə uyğunlaşdığı üçün səsvermə böyük əhəmiyyət kəsb edir.

Təklif olunan dəyişikliklər dövlət gerbindən düzgün istifadə qaydalarını daha aydın şəkildə müəyyən etmək, bayraq və himnin əhəmiyyəti barədə maarifləndirmək, bayrağın qəsd və ya baxımsızlıqdan qoruma məqsədi daşıyır.

Ötən həftə Səudiyyə polisi Banqladeşdən olan 4 nəfəri Səudiyyə bayrağını zibil qutusuna atmaqda ittiham edərək həbs edib.

 

Bayraq və himnlə bağlı yeni qərar - Səidiyyədə dəyişiklik